
Maskalı depressiya- Gizli Depressiya
Maskalı Depressiya və yaxud Gülmsəyən Depressiya

Maskalı Depressiya digər adı ilə Gülümsəyən depressiya.
Maskalı depressiya yaşayan şəxslər cəmiyyət arasında öz yaşadığı narahat edici duyğuları gizlədir, heçnə yoxmuş kimi davranırlar. Özlərini daha sosyal və daha xoşbəxt şəkildə göstərirlər.
Əslində şəxs özünü bitkin, yorğun, tükənmiş hiss edir.
Maskalı Depressiyanın fiziki və psixoloji əlamətləri hansılardır?
Maskalı depressiya zamanı fiziki əlamətlər daha gözə çarpan şəkildə özünü göstərir.
Maskalı Depressiyanın əlamətlərinə daxildir:
- Baş ağrısı
- Əzələ ağrıları
- Mədədə ağrılar
- Yuxusuzluq, Yuxu pozuntuları.
Maskalı Depresiyanın psixoloji əlamətləri:
- Davamlı olarak keçmişdə yaşanmışlıqları düşünmək
- Qərarlar verməkdə çətinlik çəkmək
- İştahda pozulmalar
- Həyatdan zövq almamaq
- Enerjisiz və yorgun hiss etmək.
- Ümidsizlik
- Yalnızlıq
- Tənbəllik
- Həddindən artıq stress
Maskalı depressiyanın müalicəsi:
Yaşam tərzinizdə dəyişikliklər etməyi sınayın. Fiziki aktivlik və qidalanmanıza xüsusi diqqət yetirin. Yeni fiziki məşğuliyyətlər edinmək idman, yoga, meditasiya, gündəlik piyada gəzintilər depressiyanın azalmasında xüsusi təsiri olacaq.
Maskalı depressiyanın müalicəsi mümkündür. Lakin müalicənin baş tutması üçün şəxsin özü mütəxəssis yardımı almadan çəkinməməlidir. Maskalı depressiya yaşayan şəxslər öz duyğularını qəbul etmək istəmədikləri üçün çox zaman dəstək almağı geri çevirirlər.
Maskalı Depressiya şəxsin gizlətdiyi hal olduğu üçün ətrafındakı insanlar qarşılarındaki insanın ruh halında ciddi narahatlıq olduğunu hiss etmirlər.
Sosial dəstək, Mütəxəssis yardımı, Dərman müalicəsi və ən əsası öz ruh halınızın üzərində işləyərək özünüzü bu vəziyyətdən xilas edə bilərsiniz.
Psixoloq Leyla Baycan
Yorumlar
Yorum Gönder