Overthinking- Yəni çox düşünmək.
Çox düşünmək hansı hallarda yaranır? Çox düşünməyin səbəbləri nələrdir? Və çox düşünməyi necə azalda bilərik?
Overthinking əsasən Travma Sonrası Stress Pozğunluğu, təşviş pozuntusu, depressiya zamanı özünü göstərir.
Əsas əlamətlərə daxildir:
1. Bir mövzu üzərində dayanmadan düşünmək.
2. Qorxduğumuz və narahat olduğumuz məsələlər barəsində daha dəhşətli ssenarilər quraraq düşünmək.
3. Zehni olaraq yorğun və bitkin hiss etmək.
4. Axşamlar düşüncələrin yatmağa icazə verməməsi.
Bəs bu çox düşünməyi necə azalda bilərik?
1. Qorxduğumuz mövzu haqqında mənfi ssenarilər qurarkən, düşüncələrimizn nə qədər gerçəkliyə yaxın olduğunu nəzərdən keçirin. Və bütün bu ssenarilərin beyninizin qurduğunu, real olmadığını özünüzə xatırladın.
2. Sizi narahat edən mövzudan çox, o mövzunun həll yolunu tapmağa çalışın.
3. Meditasiya ilə məşğul olun. Beləliklə diqqətiniz və düşüncələrinizi daha sağlam şəkildə idarə etməyi öyrənəcəksiniz.
4. Diqqətinizi yeni məşğuliyyətlərə verin.
5. Şəxsi keyfiyyətlərinizin üzərinə düşün. Nəyi yaxşı bacardığınızı və yaxşı bacardığınız keyfiyyəti necə formalaşdıracağınızı araşdırın.
6. Peşəkar yardımı almaqdan çəkinməyin. Çünki çox düşünməyin altında narahatlıqlar, qorxularımız yatır.
Yorumlar
Yorum Gönder