#PİCKMEGİRL - Sindromundan danışaq bəlkə?
Pick Me Girl dedik də- Özünü qarşı cinsə göstərmək, diqqətini çəkmək istəyən qadınlara aid edilir.
Yəni təkcə bununla yekunlaşmır.
Onlar öz həmcinslərini sırf kişi obrazından təsdiq almaq üçün alçalda, təhqir edə bilərlər.
Öz maraqlarında olmayan şeyləri, sırf qarşı tərəf bəyəndiyi üçün bəyənər və digəe həmcinsləri ilə özlərini müqayisə edərək, daha üstün göstərməyə çalışırlar.
Davamlı olaraq özlərini möhtac göstərirlər.
Altında hansı səbəblər yatır?
- Özünü yetərsiz hiss etmə
- Ata obrazının yoxluğu və ya atadan yetəri qədər diqqət görə bilməmək
- Özgüvən əskikliyi
- Təsdiq axtarışı
Bəs bunu şəxs necə idarə edə bilər?
İlk olaraq hisslərinizin mərkəzinə qarşı cinsi yox, özünüzü qoymağı sınayın. Yəni bir rədd aldıqda, istənmədiyinizi hiss etdik də bu davranışın sizi necə hiss etdirdiyini düşünün. Qarşı tərəfin diqqətini necə çəkməliyəm barədə düşünməyin.
Onların sizə göstərdiyi davranışa görə öz dəyərinizi ölçməyin.
Yorumlar
Yorum Gönder